"Neftçi"nin baş məşqçisi haqda YENİ İDDİA – DÜZDÜR?

8 Dekabr 2022 14:20 Neftçi 1 019
"Neftçi"nin baş məşqçisi haqda YENİ İDDİA – DÜZDÜR?

"Neftçi"nin sükanı arxasında olan Laurentsiu Regekampf Rumıniyada daha bir komandanın baş məşqçi postuna əsas namizəddir.

Sportinfo.az "fanatik.ro" saytına istinadən xəbər verir ki, "Universitatya Krayova"nın rəhbərliyi Mirel Redoyun istefasından sonra 47 yaşlı mütəxəssisi yenidən bu posta gətirmək niyyətindədir.

"Ağ-qaralar"ın yaxşı nəticələr əldə olunmadığı üçün rumıniyalı baş məşqçi ilə vidalaşa biləcəyi vurğulanıb.

Laurentsiu Regekampf 2021/2022 mövsümündə "Universitatya Krayova"da işləyib. Daha əvvəl onun "Styaua"ya dönmək ehtimalının olduğu da bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?