Təcili Bakıya gətirilən müdafiəçi "Neftçi"dən HARA YOXA ÇIXDI?

8 Dekabr 2022 15:00 Neftçi 1 751
Təcili Bakıya gətirilən müdafiəçi "Neftçi"dən HARA YOXA ÇIXDI?

Ötən mövsüm icarə müqaviləsi əsasında "Neftçi"də çıxış edən Mert Çelik mövsümün əvvəli məxsus olduğu "Başakşehir" komandasına geri dönmüşdü.

Hətta adçəkilən klubun düşərgəsində yeni mövsümün hazırlığına da qatılmışdı.

Amma son anda yenidən "ağ qaralar"ın düşərgəsinə qayıtmalı oldu. Səbəb paytaxt klubunda ciddi müdafiəçi azlığının olmasıydı.

Həm də Konfrans Liqasında "Rapid"lə səfər matçına hazırlaşan "Neftçi"yə iki cəbhədə mübarizə aparmaq üçün heyətin genişlənməsi şərt idi.

Daha yaxşısı tapılmayınca, Regekampf Mertə möhtac qalmalı oldu.

Açığı, ikinci dönüş startda az fayda vermədi.

Avqustun 3-ü dürgəyə qoşulan müdafiəçi 7-si Şamaxı səfərində 90 dəqiqə, 11-i isə Vyanada 100 dəqiqə meydanda oldu.

Premyer Liqanın 2-ci turunda "Kəpəz" üzərində qazanılan qələbədə (5:2) o da 90 dəqiqə meydanda idi.

Mert üçün yaxşı startın pis istiqamətə yan aldğı matç 3-cü turun "Sabah"la oyunu oldu.

Əsas rəqiblərdən birinə məğlubiyyətdən (1:2) sonra rumıniyalı mütəxəssis onu "qara siyahısı"na saldı.

Hər halda, arxada qalan 4 aya yaxın müddətdə daha 13 tur oynanılıb. Bu görüşlərdə 22 yaşlı futbolçuya bir dəqiqə belə şans verilməyib.

Halbuki, zaman-zaman müdafiə xəttinin bir neçə üzvü zədələnib, cəzalı duruma düşüb. Amma çıxılmaz duruma düşdüyü anlarda da əcnəbi çalışdırıcı türk əsilli futbolçuya etimad göstərməyib.

Maraqlıdır, cəmi 4 oyun üçünmü onun Türkiyədən bura gəlməsi üçün canfəşanlıq edilirdi?

Mert həm də Azərbaycan millisinin sabiq üzvüdür. 22 yaş əsl oynamalı zamandır. Bu yaşda burada ehtiyatda gününü keçirməkdənsə, daim oynayacağı yerdə olsa daha yaxşı olardı.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"