“Neftçi” son təklifini irəli sürdü – Bu millinin müdafiəçisi üçün

7 Dekabr 2022 13:00 Neftçi 2 603
“Neftçi” son təklifini irəli sürdü – Bu millinin müdafiəçisi üçün

“Zenit”in baş direktoru Aleksandr Medvedev “Qarabağ” və “Neftçi”nin maraqlandığı futbolçu Nurali Aliplə bağlı açıqlama verib.

Sankt-Peterburq klubunun rəsmisi icarə əsasında komandada çıxış edən Qazaxıstan millisinin müdafiəçisinin ayrılmaq ehtimalını təkzib etməyib.

Medvedev bildirib ki, 22 yaşlı mərkəz oyunçusu ilə bağlı tezliklə qərar veriləcək: “Alipin “Zenit”dəki taleyi yaxın günlərdə bəlli olacaq.

Onun klubdan mütləq ayrılacağı xəbəri doğru deyil. Çünki son qərar hələ verilməyib. Tezliklə bu barədə rəsmi məlumat yayılacaq”.

Müqavilə ilə Qazaxıstan “Kayrat”ına məxsus olan Nurali Alipin “Zenit”lə icarə sözləşməsi dekabrın sonuna qədərdir.

“Neftçi“dən Sportinfo.az-a verilən məlumata görə, qazax müdafiəçi həqiqətən onların gündəmində yer alıb. Bakılılar onunla ilk dəfə hələ 1 il öncə maraqlanmağa başlayıb.

“Kayrat“ın Konfrans Liqasında “Qarabağ“la keçirdiyi oyunlar zamanı “ağ-qaralar“ın diqqət mərkəzinə düşən Nuralinin qiyməti, açığını demək lazımdırsa, bir qədər çoxdur.

“Kayrat“ millinin üzvünü 450 min avrodan aşağı satmaq istəmir. “Neftçi“ isə bu rəqəmi aşağı çəkməyə çalışır və son təklifi ilə qarşı tərəfi tanış edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"