"Neftçi" yarım milyon dollara hücumçu alır – SON XƏBƏR

7 Dekabr 2022 10:40 Neftçi 3 282
"Neftçi" yarım milyon dollara hücumçu alır – SON XƏBƏR

«Neftçi» yeni transfer büdcəsini bəlli edib.

Paytaxt təmsilçisi qışda həyata keçirəcəyi əməliyyatlara ötən ilin müvafiq vaxtı ilə müqayisədə iki dəfə artıq vəsait ayırıb.

«Ağ-qaralar» ən çox məbləği müdafiəçi və hücumçu alınmasına xərcləməyi qətiləşdirib. Bakılılar indi bu mövqelərə 500 min dollar civarında legioner gətirə biləcək.

Maraq üçün yada salaq ki, «Neftçi» keçən 4-5 il ərzində əcnəbi futbolçulara ən yaxşı halda 250-300 min dollar ödəyirdi. Artım Müşahidə Şurasının yeni üzvləri ilə razılaşdırılıb.

Bir sözlə, şuranın tərkibini dəyişən “Neftçi” yeni ilə böyük ümidlərlə böylanır. Sədr postunda Çingiz Abdullayevi əvəzləyən Rövşən Nəcəf qış fasiləsində səviyyəli legionerlərin alınmasına ayrılan büdcənin artırılmasına razılıq verib.

Bu istiqamətdə fəallığı artıran “ağ-qaralar” komandanın gücünə güc qatacaq, transferi ictimaiyyətdə rezonans doğuracaq futbolçularla ciddi təmasa keçib.

Son gəlişmələr barədə Sportinfo.az-a məlumat verən klubdaxili mənbə bildirib ki, hazırda 8-9 əcnəbi oyunçu ilə danışıqlar davam etdirilir.

Həmçinin ölkə xaricində çıxış edən azərbaycanlı oyunçuların keçidi gündəmdə saxlanılır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti