"Neftçi" üçün qisas anı - Bundan yaxşı fürsət?

7 Dekabr 2022 23:00 Neftçi 1 301
"Neftçi" üçün qisas anı - Bundan yaxşı fürsət?

"Neftçi"nin çempionluq yarışından kənarda qalması həftələr əvvəl dəqiqləşmişdi.

Liderlə arada yaranan xal fərqi bir kənara, göstərilən oyun da nəyəsə ümid yaratmırdı.

Sadəcə, "Qarabağ"ın ardıcıl iki turda "Zirə" və "Sabah"la bərabərə qalması, "ağ qaralı" fanatlarda müəyyən qığılcım yaratmışdı.

Derbidəki biabırçı məğlubiyyət (0:4) təkcə həmin qığılcımı deyil, həm də gümüş medal perespektivlərini öldürmüş oldu.

Hələ qorx ki, belə gedişatla mövsümün sonu Regekampfın komandası medalçılar sırasında olmasın. 4-cü pillədə qərarlaşan "Zirə" ilə aradakı 6 xallıq fərq bu təhlükəni hiss etdirir.

Elə həmin "Zirə" həm də ölkə kubokunda rəqibdir. Məncə, "Neftçi" özünü azarkeşlərinə azacıq bağışlatmaq istəyirsə, heç olmasa kubokda nəyəsə nail olmalıdır. O nəyəsə isə yalnız kuboku başı üzərinə qaldırmaq daxildir.

Hətta bunun üçün Premyer Liqanı "qurban" verməyə də dəyər. Guya tərəfdarlar üçün 3-lə 4-ün nəsə fərqi var? Əbəttə ki, yox!. Amma kubokdakı zəfər itən bütün körpülərin tam da olmasa, müəyyən bərpasına yardım etmiş olacaq.

Yol da çox qısa və münasibdir. Bu gün "Zirə"ni, sabah da "Kəpəz" və "Turan Tovuz" cütünün qalibini sıradan çıxarmaq final üçün yetərlidir.

Böyük ehtimal, burada da əsas maneə "Qarabağ" və "Sabah"dan biri olacaq. Çempionatdakı yenilgilərin qisasını almaq üçün bundan yaxşı fürsət?

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda