"Roma"lı: “Neftçi”nin edəcəyi maddi təklifdən çox şey asılıdır"

7 Dekabr 2022 01:50 Neftçi 1 346
"Roma"lı: “Neftçi”nin edəcəyi maddi təklifdən çox şey asılıdır"

"Neftçi"nin "Qarabağ"a 0:4 hesabı ilə uduzduğunu gördüm.

Bilirəm ki, onlar hazırda üçüncü pillədədir. Bilirsiz, çempionluq uğrunda mübarizə aparmaq asan məsələ deyil".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Adrian Pit deyib.

"Xəzər Lənkəran" və "Roma"nın sabiq futbolçusu "Neftçi"nin baş məşqçisi Laurentisu Regekampfın Azərbaycandakı fəaliyyətini dəyərləndirib.

Pitin fikrincə, "ağ-qaralar" "Qarabağ"la çempionluq mübarizəsi aparmaq üçün heyətini güclənməlidir:

"Neftçi"nin “Qarabağ”la çempionluq mübarizəsi aparması hazırkı perioddan asılıdır. Əgər “Neftçi” yeni futbolçular dəvət edərsə...Regekampf az müddətdir ki, bu komandada işləyir.

Əminəm ki, bəzi şeyləri düzəltmək üçün vaxta ehtiyacı var. Ona zaman lazımdır. "Qarabağ"a baxın..

.Təsəvvür edin, orada mənim oynadığım dönəmdən çıxış edən futbolçular qalıb. 12 ildir ki, eyni baş məşqçi komandanı çalışdırır.

Altı aydan bir baş məşqçini və futbolçuları dəyişmək normal deyil. Ola bilər ki, Laurentsiu rumıniyalı oyunçular dəvət edər “Neftçi”yə.

Çünki hazırda Rumıniya klubları maliyyə problemləri yaşayır. “Neftçi”nin edəcəyi maddi təklifdən çox şey asılıdır".

Pit adı "Styaua" ilə hallanan Regekampfın "Neftçi"dən ayrılmayacağını düşündüyünü deyib: "Bu cür xəbərlərdən məlumatlıyam. Amma məncə, o, "Neftçi"ni "Styaua"ya dəyişməyəcək".

Digər Xəbərlər
Xəbər Lenti