“Neftçi” hazırda kimlərlə danışıqlar aparır? – TRANSFER BAZARI

6 Dekabr 2022 19:40 Neftçi 2 249
“Neftçi” hazırda kimlərlə danışıqlar aparır? – TRANSFER BAZARI

Müşahidə Şurasının tərkibini dəyişən “Neftçi” yeni ilə böyük ümidlərlə böylanır.

Sədr postunda Çingiz Abdullayevi əvəzləyən Rövşən Nəcəf qış fasiləsində səviyyəli legionerlərin alınmasına ayrılan büdcənin artırılmasına razılıq verib.

Bu istiqamətdə fəallığı artıran “ağ-qaralar” komandanın gücünə güc qatacaq, transferi ictimaiyyətdə rezonans doğuracaq futbolçularla ciddi təmasa keçib.

Son gəlişmələr barədə Sportinfo.az-a məlumat verən klubdaxili mənbə bildirib ki, hazırda 8-9 əcnəbi oyunçu ilə danışıqlar davam etdirilir.

Həmçinin ölkə xaricində çıxış edən azərbaycanlı oyunçuların keçidi gündəmdə saxlanılır.

Digər Xəbərlər
Xəbər Lenti