COP29

Rövşən Nəcəfin adını çəkdi, üzünü “Neftçi” rəsmisinə tutdu və... “Nəyə ümid edirsiz?”

6 Dekabr 2022 20:40 Neftçi 1 197
Rövşən Nəcəfin adını çəkdi, üzünü “Neftçi” rəsmisinə tutdu və... “Nəyə ümid edirsiz?”

“Neftçi” “Qarabağ”la oyundan əvvəl Müşahidə Şurasının gözlənilməz iclası ilə bağlı anons etdi.

Əsas komanda ilə görüşən üzvlərə klubun ümumi strategiyası, investisiya planları, infrastrukturun layihələri, media və marketinqdə görüləcək işlər barədə məlumat verilib.

Lakin klubun rəhbər postundakı dəyişiklik və yeniliklərlə bağlı hələ ki, xəbər yerləşdirilmir. Halbuki, “Neftçi”də çalışanlar vəziyyətdən xəbərdardır. Kimlərin gedəcəyi, kimlərin gələcəyi gün kimi aydındır.

“Ağ-qaralar”ın stajlı azarkeşlərindən olan Fazil Dadaşov mövzu ilə bağlı paylaşım edib. “Neftçi”nin əzəməti” səhifəsində yerləşdirilən statusda qeyd olunanları diqqətinizə çatdırırıq:

“Biz azarkeşlər dünən klubda gedən ciddi islahatların baş verməsinə görə hədsiz dərəcədə sevinc içərisindəyik və bu islahatların aparılmasında klubun öz əzəmətini qaytaracağı yönündə böyük ümidlər bəsləyirik.

Görəsən, klubmuzun rəsmi səhifəsinin məlumat verməklə bağlı gözləmə mövqeyi tutmasında hansı maraq güdülür?

Neft Şirkətinin rəhbərinin birbaşa Müşahidə Şurasının sədri vəzifəsinə keçməsinə görə klubun rəsmi səhifəsi nə üçün belə biganəlik edir?

Bu cür rəhbərin Müşahidə Şurasına sədr gəlməsi, 5 nəfərin şuraya üzv seçilməsi nə üçün işıqlandırılmır? Rüstəm müəllim, siz nə üçün bu klubu bu qədər aşağılayırsınız? Məgər bundan sonra başqa nəyə ümid edirsiniz?

Dünənə qədər bəli, fəaliyyətsiz Müşahidə Şurası görürdük. Amma bu gün bu Müşahidə Şurası sıradan şura deyil.

Bu şura artıq müstəqil klubun, AFFA-da çalışan bir çox şəxslərin inhisarından qurtularaq, azad bir klubun İdarə Heyəti səviyyəsinə qalxdı.

Bu gün "Neftçi" əsl müstəqil peşəkar klub səviyyəsinə yüksəldi. Bu yüksəlişin səbəbkarı, heç şübhəsiz, hörmətli Rövşən müəllimdir”.

SOCAR-ın prezidenti Rövşən Nəcəfin “Neftçi”nin Müşahidə Şurasının sədri postunda Çingiz Abdullayevi əvəzlədiyini ilk olaraq “Sportinfo” xəbər verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"