"Neftçi"ni və rumını qınadı: "Sən heç "Qəbələ" qədər də olmadın?"

6 Dekabr 2022 15:00 Neftçi 865
"Neftçi"ni və rumını qınadı: "Sən heç "Qəbələ" qədər də olmadın?"

«Derbinin belə keçəcəyini, bu hesabın qeydə alınacağını gözləmirdim».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.

O. Premyer Liqanın 16-cı turunda keçirilən «Neftçi» - «Qarabağ» matçı (0:4) haqda fikirlərini bölüşdürüb. «Ağ-qaralar»ın keçmiş funksioneri Ağdam klubunun hər mənada rəqibindən güclü təsir bağışladığını bildirib:

«Hazırda «Neftçi»də işləmədiyim üçün burada baş verən hadisələrdən xəbərsizəm. Baş məşqçi ilə futbolçuların münasibətindən də məlumatım yoxdur.

Odur ki, Regekampfın əsas günahkar olub-olmadığını söyləmək mənə çətindir. Kənardan baxan şəxs kimi onu deyə bilərəm ki, «Neftçi»də məşqçi işi görünmür.

Rumıniyalı altı aydır buradadır, hələ heç bir yenilik nəzərə çarpmır. Halbuki Murad Musayev gələndən cəmi iki oyun sonra «Sabah»ın oyunu yaxşılığa doğru dəyişməyə başladı və gəlib bu səviyyədə çatdı.

Altı ay az vaxt deyil və əgər sən «Neftçi»nin baş məşqçisisənsə, mütləq nəticə verməlisən. Bu klubun azarkeşi tələbkardır və həmişə nəticə istəyir. «

Neftçi»də keyfiyyətli futbolçular çoxdur, amma komanda oyunu… «Qarabağ» 90 dəqiqə istədiyini etdi, «Neftçi»də isə heç nə görmədim.

Rege qorxaq futbol oynatdı. Sən heç «Qəbələ» qədər də olmadın? «Qəbələ» «Qarabağ»dan çəkinmir, açıq futbol oynayır.

Rege yalnız onu istəyirdi ki, «Qarabağ» qol vurmasın. Bütün oyunu müdafiədə keçirən komanda ola bilməz ki, bəzən səhvə yol verməsin. «Qarabağ» o boşluqları tez tapdı və rahatlıqla dörd qol vurdu».

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!