
“Neftçi“nin kapitanı Emin Mahmudov karyerasının rekorduna imza atıb.
Sportinfo.az xəbər verir ki, cari çempionatda 9 qol vuran orta sahə oyunçusu ən məhsuldar mövsümünü keçirir.
O, 2018/2019 mövsümündəki 8 qolluq şəxsi rekordunu yeniləyib.
Emin Premyer Liqada mövsümün ilk het-trikinə imza atıb. “Qarabağ”ın gənc hücumçusu Musa Qurbanlı bir oyunda daha çox – 4 qol vuraraq poker etsə də, Mahmudovadək bir görüşdə 3 top vuran olmamışdı.
“Səbail”lə görüşdə het-trik edən yarımmüdafiəçi “Neftçi”dəki qol sayını 40-a, Premyer Liqada isə 30-a çatdırıb. O, digər qollarından 8-ni avrokuboklar, 2-ni ölkə kubokunda vurub.