"Neftçi"dən göndərilməli olanlar varsa, elə sizlərsiz" – Baş məşqçini müdafiə etdi

6 Dekabr 2022 11:40 Neftçi 1 486
"Neftçi"dən göndərilməli olanlar varsa, elə sizlərsiz" – Baş məşqçini müdafiə etdi

«Neftçi»nin Müşahidə Şurasının (MŞ) üzvü Zaur Qəhrəmanov baş məşqçi Lorentsiu Regekampfın müdafiəsinə qalxıb.

Yeni rəhbərlikdə də təmsil olunan Qəhrəmanov rumıniyalı mütəxəssisin lehinə fikirlər söyləyib.

Premyer Liqanın 16-cı turunda «Qarabağ»a biabırçı məğlubiyyətdən (0:4) sonra futbolçularla görüşən şuranın nümayəndəsi şərqi avropalı çalışdırıcının bu uğursuzluqda ray sahibi olmadığını bildirib:

«Bu nə oyundur, oynayırsız? Bir çoxunuz ikili mübarizəyə girmirsiz, ayağınızı çəkirsiz. «Neftçi»nin futbolçusu belə etməməlidir.

Buradan göndərilməli olanlar varsa, elə sizlərsiz. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirmirsiz. Onun dediklərini etsəydiz, bu cür nəticələr qeydə alınmazdı».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti