COP29

Məşhur məşqçidən soruşdular - "Neftçi"nin sükanı arxasına keçmək istəyirsiz?

6 Dekabr 2022 09:40 Neftçi 2 987
Məşhur məşqçidən soruşdular - "Neftçi"nin sükanı arxasına keçmək istəyirsiz?

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin "Neftçi"nin sükanı arxasına keçə biləcəyi ilə bağlı xəbər yayılıb.

Bu iddia Xorvatiya pressasına məxsusdur.

Onun "ağ-qaralar"ın hazırkı baş məşqçisi Laurentsiu Regekampfı əvəzləməyə əsas namizədlərdən biri olduğu bildirilib.

2014 - 2017-ci illərdə Azərbaycan millisinə rəhbərlik edən Robert Prosineçkinin adı qəfil və ya təsadüfən ortaya çıxıb.

Həqiqətən belə bir variant var. "Neftçi" yönətimi ilə yaxın əlaqəsi olan menecerlərdən biri onunla əlaqə saxlayıb və bura gəlməyi istəyib-istəməməsi barədə soruşub.

Balkanlı çalışdırıcı 6 aya yaxındır işsizdir. O, son olaraq "Olimpiya"nı (Lyublyana) çalışdırıb.

Bu ilin iyununda Sloveniya klubundan ayrılan Prosineçki "Neftçi"dən rəsmi təklif gələrsə, qəbul edəcəyini söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"