Zaur Qəhrəmanov hiddətləndi, "Neftçi"nin futbolçularını o ki var…

5 Dekabr 2022 11:40 Neftçi 2 606
Zaur Qəhrəmanov hiddətləndi, "Neftçi"nin futbolçularını o ki var…

Premyer Liqanın 16-cı turunda «Qarabağ»a 0:4 hesablı məğlubiyyət «Neftçi»nin Müşahidə Şurasının üzvlərinə böyük məyusluq yaşadıb.

Azərbaycan derbisini pis keçirən «ağ-qaralar» ciddi tənbeh olunub.

Şuranın yeni tərkibində də yer alan Zaur Qəhrəmanov matçdan sonra komanda üzvləri ilə söhbət edib. Paltardəyişmə otağına yollanan rəhbərliyin təmsilçisi onları danlayıb.

«Niyə belə oynayırsız, «Neftçi»nin formasını geyinməyi unutmusuz» sualı verən Qəhrəmanov sözünə davam edib, şurada başlayan islahatların kollektivə böyük təsir göstərəcəyini bildirib.

O, qış fasiləsində komanda ilə bağlı işlərin görüləcəyini, ümidləri doğrultmayan oyunçularla vidalaşacaqlarını söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?