O, niyə “Neftçi”yə qoşulmur? – AGENTİ AÇIQLADI

3 Dekabr 2022 19:20 Neftçi 812
O, niyə “Neftçi”yə qoşulmur? – AGENTİ AÇIQLADI

“Neftçi” yaydan bu yana müqavilə ilə sahib olduğu futbolçusunun xidmətindən yararlana bilmir.

Komandasının aparıcı fiqurlarından olan Sezar Meza Kolli yayda aldığı zədə səbəbindən Paraqvayda əməliyyat olunmuşdu.

İyulda əməliyyat olunan yarımmüdafiəçi, üstündən 4 ay keçməsinə baxmayaraq hələ də Azərbaycana gəlməyib.

Halbuki, klubdan verilən məlumatda noyabrın sonlarında Bakıya təşrif buyurub bərpa məşqlərini burada keçəcəyi deyilmişdi.

Futbolçunun agenti Kamil Məmmədov Sportinfo.az-a açıqlamasında Meza Kollinin müalicəsini Azərbaycanda yox, Paraqvayda davam etdirməsi ilə bağlı bunları deyib:

“Hazırda reablitasiyanın son mərhələsidir. Niyə burada yox, Paraqvayda keçir? Çünki “Neftçi”nin həkimləri ilə məsləhətləşmədən sonra bu cür qərar verilib.

Razılaşmaya əsasən, Meza Kolli müalicəsini onu əməliyyat edən həkimlərin yanında keçir.

Nə vaxt lazım olsa, komandaya qoşulacaq. Plana görə, yanvarda “Neftçi”nin təlim-məşq toplanışında iştirak etməlidir.

Heç bir problem yoxdur. Hər şey ümumi razılığa əsasən davam edir”.

Sezar Meza Kolli 2021-ci ilin yayından formasını geyindiyi “Neftçi”də bütün yarışlarda 35 oyunda şans qazanmaqla 4 qol vurub, 6 qolun ötürməsini verib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 02:30 Ruben Vardanyan qaçdı