AFFA "yox" dedi, "Neftçi"dən YENİ AÇIQLAMA gəldi

3 Dekabr 2022 23:40 Neftçi 1 194
AFFA "yox" dedi, "Neftçi"dən YENİ AÇIQLAMA gəldi

Rusiya mətbuatı 2 gün əvvəl “Ximki”nin futbolçusu Ayaz Quliyevə Azərbaycan pasportu verildiyi məlumatını yaydı.

Xəbərin davamında isə futbolçunun karyerasının Azərbaycanda, konkret olaraq isə "Neftçi"də davam etdiriləcəyi bildirildi.

Məlumatın doğruluğunu dəqiqləşdirmək üçün ilk öncə AFFA-nın mətbuat xidməti ilə əlaqə saxlamışdıq.

Sorğumuza cavab olaraq qurumun rəhbəri Firuz Abdulla yayılan informasiyanın həqiqətə uyğun olmadığını bildirmişdi:

"Yox, bu xəbər həqiqəti əks etdirmir. Belə bir şey yoxdur".

Bəs, onun "Neftçi"yə keçdi barədə son vəziyyət necədir? Ümumiyyətlə, qonşu ölkə mətbuatının yaydığı xəbərin bu hissəsində nə dərəcədə həqiqət payı var?

"Ağ qaralar"ın mətbuat xidmətinin rəhbər Rüstəm Allahverdiyev sualımıza cavab olaraq qısaca bunları dedi: "Xeyr, doğru informasiya deyil. Hazırda bu futbolçu ilə heç bir danışıq aparmırıq".

Qeyd edək ki, Ayaz Quliyev “Ximki”yə bu ilin iyulunda Tula “Arsenal”ından keçib. O, klubu ilə 2024-cü ilin yayına kimi müqavilə imzalayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti