"Neftçi"nin baş məşqçisi: "ÇOX UTANIRAM"

2 Dekabr 2022 23:50 Neftçi 1 015
"Neftçi"nin baş məşqçisi: "ÇOX UTANIRAM"

“Danışılası çox şey yoxdur.

Matçdan əvvəl hazırladıqlarımızdan heç birini meydanda etmədik. Ürəklə oynamaq, mübarizə aparmaq və qaçmaq lazımdır.

Nəticəyə görə üzülürəm. Bu klubu sevən azarkeşlər qarşısında çox utanıram.

Tezliklə özümüzə qayıtmalıyıq. Bizi “Zirə” ilə kubok qarşılaşmaları gözləyir. Çətin olacaq”.

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur oyunundan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis qarşılaşmaya bir daha baxacağını bildirib: "Hamı üzgündür. Amma bu kifayət deyil. Bu gün "Qarabağ"la görüşdə mübarizə aparmadıq".

Rumıniya baş məşqçi oyunçular haqqında danışmaq istəmədiyini söyləyib:

"Hansı oyunçu həftə ərzində özünü yaxşı tərəfdən göstərsə, matçda ona şans veririk".

O, bütün futbolçularını müdafiə edəcəyini vurğulayıb:

"Öz oyunçularım haqqında danışmayacağam. Onlarla tez-tez söhbət edirik. Çatışmayan cəhətlər haqqında danışırıq.

Xahiş edirəm, bizə bir az da vaxt verin. Məqam çatanda hər şey haqqında biləcəksiniz".

Regekampf 0:2 hesabı ilə geriyə düşdükdən sonra oynamadıqlarını etiraf edib:

"Bizdə təcrübəli futbolçular var. Onlar komanda yaxşı oynamayanda vəziyyəti öz üzərilərinə götürməlidirlər.

Bu günlərdə oyunçularla bu barədə danışacağam. Azarkeşlərin belə qarşılaşmadan sonra narazı olması normaldır. Təhqirlərlə barışa bilmərəm. Amma onlar haqlıdırlar".

Baş məşqçi Azərbaycan Kubokunun 1/4 finalında "Zirə"yə qarşı oyunlar haqqında fikirlərini bölüşüb:

"Əminəm ki, futbolçular bu situasiyada qalmayacaqlar. Hamısı daxilən əziyyət çəkir. Bu, soyuq duş idi. "Zirə" ilə görüşdə tamam komanda görəcəksiniz".

Digər Xəbərlər
Xəbər Lenti