“Neftçi”dən ayrılacağı deyilən futbolçunun AGENTİ DANIŞDI

2 Dekabr 2022 19:00 Neftçi 1 199
“Neftçi”dən ayrılacağı deyilən futbolçunun AGENTİ DANIŞDI

“Bu haqda xəbərləri saytlarda oxuyuram, sosial şəbəkələrdə görürəm.

Amma ortada rəsmi heç nə yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin futbolçusu Sezar Meza Kollinin agenti Kamil Məmmədov deyib.

Yayda ciddi zədə alaraq əməliyyat olunan paraqvaylı yarımmüdafiəçi 5 aydır “ağ-qaralar”a kömək edə bilmir. Yanvarda məşqlərə başlayacaq. Ondan sonra fiziki hazırlığının hansı vəziyyətdə olacağı bilinmir.

Redaksiyamıza daxil olunan məlumata görə, klub rəhbərliyi qış fasiləsində Sezar Meza Kolli ilə ortaq məxrəcə gəlib yolların ayrılmasında maraqlıdır. Futbolçu bununla razılaşacaq, ya yox – sonranın işidir.

Meza Kollinin meneceri Kamil Məmmədov saytımıza açıqlamasında dolaşan xəbərə münasibət bildirib:

“Neftçi” rəhbərliyinin bu fikirdə olub-olmadığını bilmirəm. Hətta kimsə bu barədə düşünürsə belə, bu günə qədər bu barədə nə Sezarla, nə də mənimlə danışan olub.

Meza Kolli sağlam vaxtında müqaviləsi olanda, ya da azad agent statusu daşıyanda hər zaman təklifləri olub.

Yayda istirahətdən qayıdanda da onu istəyən klublar var idi. “Neftçi”dən komandaya lazım olduğu deyildi və buraxılmadı. Sonra da zədələndi.

Kimin ürəyindən nə keçirsə, özü bilər. Amma bu söhbəti müzakirə etməyə dəyməz.

Yenə deyirəm, “Neftçi” tərəfdən bizə belə bir təklif olmayıb. İnanmıram ki, ağlı başında olan adam bu cür təklif etsin”.

Sezar Meza Kollinin “ağ-qaralar”la müqaviləsinin müddəti gələn ilin iyununa qədərdir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!