"Neftçi" rəhbərliyində islahatlar başlayır - “DÜYMƏ” BASILDI

2 Dekabr 2022 18:00 Neftçi 1 640
"Neftçi" rəhbərliyində islahatlar başlayır - “DÜYMƏ” BASILDI

Dünən xəbər verdiyimiz kimi, "Neftçi"nin Müşahidə Şurasının (MŞ) tərkibində dəyişikliklər edilib.

MŞ-in yeni sədri SOCAR prezidenti Rövşən Nəcəf olub. O, Çingiz Abdullayevi əvəzləyib.

Həmçinin, elm və təhsil naziri Emin Əmrullayev, Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər.

Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar.

Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıb.

"Neftçi" yönətimində ayrılıqlar bununla başa çatmayacaq. Yaxın günlərdə daha 1-2 ayrılıq xəbəri alacağıq.

Hər halda Rövşən Nəcəfin klubda kadr islahatları aparmağa hazırlaşması haqda redaksiyamıza yeni məlumatlar daxil olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”