"Qarabağ"a məğlubiyyət bizə böyük dərs oldu, nəticə çıxardıq"

2 Dekabr 2022 02:30 Neftçi 481
"Qarabağ"a məğlubiyyət bizə böyük dərs oldu, nəticə çıxardıq"

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 15-ci turunun "Qarabağ"a qarşı keçiriləcək matçdan əvvəl açıqlama verib.

Sportinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis komandasının durumundan danışıb:

"Özümüzü yaxşı hiss edirik. Demək olar ki, bütün oyunçular məşq prossesində iştirak edir.

Ümidvarıq ki, oyun gününə qədər Voyislav Stankoviç də 100 faiz hazır olacaq. Hazırlığımız yaxşı gedir.

Bilirik ki, "Qarabağ"a qarşı bizi çətin və ağır oyun gözləyir. Ancaq nəticə bizim üçün önəmlidir. Çünki evdə oynayacağıq.

Eddi İsrafilov uzun müddətdir ki, zədədən əziyyət çəkirdi. Oyun praktikası çox deyil. "Səbail"lə matçda ona az şans verə bildim. O, bizim üçün vacib oyunçulardandır.

Regekampf ilk dövrədə "Qarabağ"a "Azərsun Arena"da 1:3 hesabı ilə uduzduqları görüşü də xatırlayıb:

"Qarabağ"a ilk dövrədəki matç bizim üçün böyük dərs oldu, məğlubiyyətdən nəticə çıxardıq. Amma bilmək lazımdır ki, oyun 90 dəqiqə davam edir.

İlk matçda 45 dəqiqə yaxşı oyun nümayiş etdirmişdik. Bütün oyunu o cür keçirməyə səviyyəmiz və imkanımız var.

Komandanın xeyrinə dəyişikliklər olacaq. Öz oyunlarımıza və vəziyyətimizə adaptasiya olmalıyıq. “Sabah” və “Qarabağ”la oyunda vacib xallar itirmişik.

Daha çox konsentrasiya olub, oyunlara köklənməliyik. Çempionat uzundur. Biz düzgün konsentrasiya olsaq, çempionluq şansımız da davam edəcək".

"Neftçi" - "Qarabağ" matçı dekabrın 2-də saat 21:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı