“Neftçi”də CİDDİ NARAHATLIQ - “Qarabağ”a qarşı oynaması sual altındadır

1 Dekabr 2022 23:00 Neftçi 920
“Neftçi”də CİDDİ NARAHATLIQ - “Qarabağ”a qarşı oynaması sual altındadır

Premyer Liqanın 16-cı turu çərçivəsində çempionatın ən səs-küylü, maraqlı və gərgin mübarizəsinə şahidlik edəcəyik.

32 xalla 3-cü pillədə qərarlaşmış “Neftçi” son çempion, cari mövsümün lideri “Qarabağ”ı qəbul edəcək.

Bakılılar meydana ciddi itki ilə çıxa bilər.

Ötən turda “Səbail”lə qarşılaşmada iştirak edə bilməyən Voislav Stankoviçin durumu qənaətbəxş deyil.

Komandasının ən yaşlı futbolçusu olan serbiyalı müdafiəçinin turun mərkəzi qarşılaşmasında forma geyinəcəyi sual altındadır.

Bu barədə məlumatı Sportinfo.az-a açıqlamasında klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev verib:

“Şükürlər olsun, cəzalı və ya xəstə futbolçumuz yoxdur. Yeganə narahatlıq Voislav Stankoviçlə bağlıdır.

Ayağındakı zədəsini tam sağaltmayıb. Bu gün axşam məşqində məşqçilər heyəti ilə həkimlər son durumuna baxıb qərar verəcək”.

Dekabrın 2-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 21:00-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!