
Yusuf Laval “Neftçi”də qalmağa qərar verib.
Belə ki, “Ağ qaralar” uzun müddətdir danışıqlar apardığı nigeriyalı ilə razılığa gəlib.
Yeni anlaşma 1+1 illik nəzərdə tutulub.
24 yaşlı yarımmüdafiəçinin yeni mövsümdən “Neftçi”dəki qazancı da əvvəlkindən daha çox olacaq.
Yusuf Laval 2020-ci ildən təmsilçimizdə çıxış edir.
O, bu müddətdə meydana çıxdığı 83 görüşdə 6 qol və 18 asistlə yadda qalmağı bacarıb.
Müqaviləsi mövsümün sonu başa çatacaq futbolçuya bir neçə xarici klubdan real təkliflər olduğunu bildirək.
XANOĞLAN / SPORTİNFO.AZ