“Qarabağ”ın adını eşidib çoxaldılar – BUNLARA DİQQƏT!

1 Dekabr 2022 20:40 Neftçi 1 141
“Qarabağ”ın adını eşidib çoxaldılar – BUNLARA DİQQƏT!

Dekabrın 2-də Premyer Liqanın bəzəyi olan “Neftçi” – “Qarabağ” qarşılaşmasına şahidlik edəcəyik.

Cari mövsümdə baş tutan ilk oyunda bakılıları məğlub edən ağdamlılar hazırda turnir cədvəlində prinsipial rəqibini 9 xal qabaqlayır.

Yəni “ağ-qaralar” qalib gələcəyi təqdirdə, xal fərqi azalacaq, çempionluq uğrunda mübarizə qızışacaq.

Bu oyunda əsas diqqətlər tribunalara yönələcək. Matç həftəiçinə təyin olunsa da, başlama saatının 21:00 olması üzləri güldürür.

Ürəyi futbolla döyünənlər çətin ki, bu cür mübarizəni canlı izləmək şansını əldən versin.

“Forza Neftçi”nin üzvləri sevimli komandalarının əzəli və əbədi rəqiblə duelinə xüsusi şəkildə hazırlaşır. Azarkeş qrupunun səhifəsində oyunla bağlı elan yerləşdirilib, üzvlər stadiona səslənib.

Əldə etdiyimiz bilgiyə, son ev görüşlərində sayları elə də çox olmayan “forzalılar” bu dəfə “Bakcell Arena”ya axışacaq. Onlar üçün ayrılmış tribunada azı 1000 nəfərin yer alacağı gözlənilir.

Saytımıza bu barədə məlumatı “Forza Neftçi”nin fəallarından olan Səccad Əliyev verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti