“Neftçi” bu transfer üçün 300 min avro təklif etdi!

1 Dekabr 2022 17:20 Neftçi 1 452
“Neftçi” bu transfer üçün 300 min avro təklif etdi!

“Neftçi” “Ximki”nin futbolçusu Ayaz Quliyevi transfer etmək istəyir.

Sportinfo.az-ın yerli “Eurostavka.ru” nəşrinə istinadən məlumatına görə, klublar arasında Azərbaycan əsilli oyunçunun transferi müzakirə edilir.

“Neftçi” 26 yaşlı yarımmüdafiəçini 300 min avro qarşılığında heyətinə cəlb etməyə hazırdır.

Ancaq “Ximki” rəhbərliyi Quliyevin satışından, təxminən, 500-700 min avro məbləğində qazanc götürmək niyyətindədir.

Hətta futbolçuya Azərbaycan vətəndaşlığı verilməsi də istisna edilmir.

Ayaz Quliyev “Ximki”yə bu ilin iyulunda Tula “Arsenal”ından keçib. Onun Rusiya Premyer Liqa klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?