“Mənim məqsədim buradan pul qazanmaq deyil”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov deyibş
O, son vaxtlar sosial şəbəkədə aktivləşib. Eks funksioner bu dəfə virtual aləmdə yeni addım atıb. Hazırda menecer kimi fəaliyyət göstərən Sultanov “Tik-Tok”da səhifə alıb.
Müəyyən məblığdə ödəmə edərək bu işi görən Ceyhun bəy yeni səhifəsinin (ceyhun.su1tanov10) istifadəçi sayı 21800 nəfərdir.
Keçmiş “Neftçi”li idarəçi bildirib ki, “Tik-Tok” ona fikirlərini ictimaiyyətə çatdırmaq üçün lazımdır:
“Mənim bu platformada əvvəl də səhifəm olub. Onu bir müddət əvvəl açmışdım. Ancaq artım çox olmadı, 200 izləyici var idi.
Yaxınlarda belə bir təklif qarşıma çıxdı, fikirləşdim ki, hazır səhifə alsam, daha yaxşı olar. Nə qədər ödəmə etdiyimi deməyəcəm.
Sadəcə, onu söyləyim ki, yeni səhifəm kifayət qədər böyükdür və mən burada özümü olduqca rahat hiss edirəm. Hər həftə bir neçə dəfə “canlı” açacam. Yayım günün müəyyən vaxtlarında olacaq.
Düzdür, telekanallar və saytlar mənə çox böyük dəstək verir, tez-tez əlaqə saxlayırlar, efirə dəvət edirlər. Ancaq hər sözü mətbuatda demək olmur.
Sosial şəbəkə başqadır, fikrindəı olan hər məsələyə münasibət bildirə bilirsən, daha açıq danışırsan. Həm də ki, izləyicilərin suallarını yerində cavalandırırsan, onları maraqlandıran nə varsa, sözünü deyirsən.
Məncə, tezliklə izləyicilərimin sayı daha da artacaq. Açığı, “Tik-Tok”da pulu necə qazanırlar, bilmirəm. Bu, məni qətiyyən maraqlandırmır”.

