Yolu “Neftçi”dən düşmüş məşhur: “Bəzən klubdakılar menecerlə makleri ayırd edə bilmir”

30 Noyabr 2022 20:40 Neftçi 700
Yolu “Neftçi”dən düşmüş məşhur: “Bəzən klubdakılar menecerlə makleri ayırd edə bilmir”

“Bu iş elədir ki, tanıdığın, rəhbərliyində münasibətin olduğu klublarla iş görürsən”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq legioneri Suat Usta deyib.

2008-2010-cu illərdə “ağ-qaralar”ın şərəfini qorumuş türkiyəli müdafiəçi hazırda özünü agent kimi sınayır.

Bir sıra Avropa klubları ilə əməkdaşlıq edən menecer bildirib ki, hələlik “Azərbaycan bazarı”na daxil olmayıb:

“Düzünü desəm, bu dəqiqə Azərbaycandakı klublarda tanıdığım adamlar yoxdur. Açığı, məndən futbolçu istəyən də olmayıb bu günə qədər.

İndi futbolçudan çox, menecer var. Amma bəzən klubdakılar menecerlə makleri ayırd edə bilmir. Azərbaycan klubları işbirliyi qurmağa hələ özüm də cəhd etməmişəm”.

Suat Niderlandda doğulub və “PSV Eydhoven”də yetişib. Futbolçu karyerasında “Qalatasaray”, “Konyaspor”, “Antalyaspor”, “Sakaryaspor”, “Rizəspor”, “Diyarbəkirspor” kimi komandaların formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti