"Rege "Neftçi"də 6 ay da qalsa, 6 il də qalsa, nəticə verməyəcək"

30 Noyabr 2022 15:00 Neftçi 595
"Rege "Neftçi"də 6 ay da qalsa, 6 il də qalsa, nəticə verməyəcək"

«Neftçi» rəhbərliyi Lorentsiu Regekamfpı burada saxlamağa davam etsə, böyük yanlışa yol verəcək».

Bu sözlər Sportinfo.az saytının təsisçisi İlkin Vaqifoğluna məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Neftçi»nin uğursuz mövsüm keçirməsinin səbəbləri haqda fikirlərini bölüşüb.

Bildirib ki, rumıniyalı mütəxəssis buradakı işinə həvvəsiz yanaşır və nəticə qazanmaq iqtidarında deyil:

«Çempionluq uğrunda yarışmanı «Neftçi»siz təsəvvüro eləmək istəmirəm. «Neftçi» Azərbaycanın ən yaşlı klubudur, böyük azarkeşi var.

Belə bir klubda vəziyyətin qarışıq olması üzücü haldır. Bunda günahı yalnız baş məşqçidə axtarmağın tərəfdarı deyiləm.

Bəs rəhbərlik? Onların da səhvləri çoxdur.

Son vaxtlar Rumıniya mətbuatı Regenin durmadan «Styaua»ya qayıtmağa can atmasından yazır. Rege haqqında çıxan xəbərləri nə təsdiq, nə də təkzib edir.

Bu halda onu burada saxlamağın mənası yoxdur. Rege «Neftçi»də 6 ay da qalsa, 6 il də qalsa, nəticə verməyəcək.

Bəlkə də o, heç hara gəldiyini bilmir, «Neftçi»nin keçmişindən, Azərbaycan futbolundakı yerindən hələ də xəbərsizdir».

Digər Xəbərlər
Xəbər Lenti