“Neftçi”də bu rəqəm 200-ə çatdı - Mütləq rekordçu!

30 Noyabr 2022 13:40 Neftçi 482
“Neftçi”də bu rəqəm 200-ə çatdı - Mütləq rekordçu!

"Neftçi" Azərbaycan çempionatlarında yeni nailiyyətə imza atıb.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" buna Premyer Liqanın XV turunda "Səbail"i 3:1 hesabı ilə məğlub etməklə nail olub.

Bu, paytaxt təmsilçisinin ölkə çempionatlarında 3 və ya daha çox qol vurduğu 200-cü matç olub.

“Neftçi” bu yubileyə 868-ci qarşılaşmasında çatıb. Bakılılar ən azı 3 qol vurulan matçların sayında mütləq rekordçudur.

Paytaxt təmsilçisi bu 200 oyundan 109-da üçdən çox, 91-də üç top vurmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti