"Neftçi" satışa çıxardı, 1 milyon manat QİYMƏT QOYDU!

30 Noyabr 2022 13:00 Neftçi 4 646
"Neftçi" satışa çıxardı, 1 milyon manat QİYMƏT QOYDU!

«Neftçi» yeni maliyyə mənbələri tapmaq üçün hərəkətə keçib.

Bu yöndə artıq növbəti addım atılıb.

Paytaxt təmsilçisi ev oyunlarını keçirdiyi stadionun - «Bakcell Arena»nın adını satışa çıxarıb. Bura öz isminin verilməsini istəyən şirkət, yaxud holdinq «ağ-qaralar»ın büdcəsinə 1 milyon manat ödəməlidir.

Bu rəqəm yalnız bir mövsümə aiddir. Bakılıların tələbinə görə, anlaşma müddəti 5 ildən az olmamalıdır.

«Neftçi»nin təklifinə artıq maraq göstərənlər var.

Bu yerdə onu da xatırladaq ki, SOCAR AFFA-ya yeni təklif irəli sürüb. Neft şirkətinin bunda məqsədi baş sponsoru olduğu «Neftçi»ni «ev»lə təminat problemini birdəfəlik həll etməkdir.

Təşkilat federasiyanın balansında olan və «ağ-qaralar»ın icarə əsasında xidmətindən yararlandığı «Bakcell Arena»nı satın almaq niyyətindədir.

Hazırda tərəflər danışıqlar davam edir və hansısa qeyri-adi hal yaşanmasa, bu bazarlıq tezliklə baş tutacaq.

8 ildən artıqdır ev oyunlarını keçirdiyi stadion paytaxt təmsilçisinin büdcəsindən az pul aparmır.

İndiyədək bura üçün milyonlar xərclənib. SOCAR arenanın «Neftçi»nin balansına keçməsi üçün AFFA-nın istədiyi məbləği aşağı salmağa çalışır. «Bakcell»in federasiya ilə sponsorluq anlaşması gələn ilin əvvəlinədək qüvvədədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı