"Onun “Neftçi”dəki vəziyyətini bilmirəm" - Klub sahibinin əmisi oğlu

30 Noyabr 2022 11:00 Neftçi 460
"Onun “Neftçi”dəki vəziyyətini bilmirəm" - Klub sahibinin əmisi oğlu

Rumıniyalı iş adamı Viktor Becali “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın “Styaua”ya mümkün keçidini dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, sabiq futbol meneceri həmyerlisinin sabiq komandasına qayıtmaq variantını istisna etməyib.

“Styaua”nın sahibi Gigi Becalinin əmisi oğlu olan Viktor Becali 47 yaşlı mütəxəssisin “Neftçi”dəki durumunun bu məsələdə böyük rol oynayacağını düşünür:

“Styaua”da həm uğur, həm də uğursuzluq yaşadığı dövrlər oldu. Amma şübhəsiz ki, Regekampf həmişə bu klub üçün seçim ola bilər.

Onun “Neftçi”dəki vəziyyətini bilmirəm. Həmçinin “Stayua”nın da nə istədiyindən xəbərsizəm. Qərar verənlər nə etməli olduqlarını daha yaxşı bilirlər”.

Styaua” Nikolae Diçanın istefasından sonra bu posta müvəqqəti Mihai Pintilini təyin edib və yeni baş məşqçi axtarışını davam etdirir.

Laurentsiu Regekampf 2012-2014 və 2015-2017-ci illərdə bu klubu çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti