“Neftçi”nin kapitanı “Qarabağ”ı nişan verdi: “Qarşımızda..."

29 Noyabr 2022 21:00 Neftçi 787
“Neftçi”nin kapitanı “Qarabağ”ı nişan verdi: “Qarşımızda..."

“Yorğunluğun Premyer Liqa qarşılaşmalarına təsir edəcəyini düşünmürəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.

Premyer Liqanın 15-ci turunda “Səbail”ə 3 qol vuran və komandasına 3 xal qazandıran yarımmüdafiəçi bildirib ki, onları qış fasiləsinə qədər çətin oyunlar gözləyir.

Və ən əsası, dekabrın 2-də “Qarabağ”la qarşılaşmadır.

Eminin fikrincə, yığmanın düşərgəsindəki yorğunluq çempionat matçlarına sirayət etməyəcək:

“Çünki yorğunluğu çıxarmaq və oyunlara hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Qarşımızda bəlli hədəflər dayanıb.

Məqsədimizə çatmağa köklənmişik. Növbəti həftələrdə bizi çətin və maraqlı matçlar gözləyir”.

Emin Mahmudov Azərbaycan millisinin formasını geyindiyi 36 qarşılaşmada rəqib qapılarına 9 dəfə yol tapıb.

O, cari mövsümdə “Neftçi” formasında Premyer Liqada 14 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmənin müəllifi olub. Yayda Avropa Konfrans Liqasında 4 görüşdə 2 qolun ötürməsini verib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti