"Neftçi"nin baş məşqçisi klub sahibindən görüş istədi

29 Noyabr 2022 15:00 Neftçi 610
"Neftçi"nin baş məşqçisi klub sahibindən görüş istədi

«Neftçi»nin baş məşqçisi Lorentsiu Regekampf «Styaua»nın sahibi Cici Bekalilən növbəti dəfə randevu istəyib.

Bu ilin iyununda «ağ-qaralar»ın sükanı arxasına keçmiş və 2 illik müqavilə imzalamış mütəxəssisin ölkəmizdən ayrılmaq fikri qətidir.

Komandanı nəinki çempion, hətta gümüş medalçı edə biləcəyinə artıq inamı qalmayan rumıniyalı çalışdırıcı bütün varlığıyla üçüncü dəfə Buxarest təmsilçisi ilə anlaşmağa cəhd göstərir.

Rege Bekali ilə görüşüb, onu bu əməkdaşlığın perspektivinə inandırmaq niyyətindədir.

«Neftçi»yə .ödəniləcək təzminat? Son 11 ildə 17 klub dəyişmiş baş məşqçi bakılı rəsmilərin onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verməyə hazır olduğu qənaətindədir.

Yəni, sabah belə bir söz söyləsə, idarəçilər çox götür-qoy etmədən onun əlini sıxacaq.

Laurentsiu Regekampfın "Neftçi" ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. O, 2012 - 2014 və 2015 - 2017-ci illərdə "Styaua"ya rəhbərlik edib.

Komanda bu mütəxəssislə iki dəfə ölkə çempionu olub, Avropa Liqasının 1/8 final və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti