“Neftçi”nin kapitanı Ronaldosayağı qol vurdu, onu yadigar götürdü – VİDEO+FOTO

28 Noyabr 2022 16:00 Neftçi 457
“Neftçi”nin kapitanı Ronaldosayağı qol vurdu, onu yadigar götürdü – VİDEO+FOTO

“Neftçi”nin kapitanı Emin Mahmudov karyerasında ilk het-trikə imza atıb.

30 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XV turunun “Səbail”lə ev oyununda üç qolla komandasına qələbə qazandırıb – 3:1.

Mahmudov bu görüşədək rəsmi matçlarda 3 və ya daha çox qol vurmayıb.

“Neftçi”nin son het-triki 2011/12 mövsümündə qeydə alınıb. 2011-ci il dekabrın 11-də Bahodir Nasimov AZAL-ı üç dəfə məyus edib – 7:1.

İntizamsızlıq etdi, millidən kənarlaşdırıldı - QALMAQAL

Emin vurduğu qollarla “ağ-qaralar”ın 3-cü pillədəki mövqeyini möhkəmləndirib. Xallarınəın sayını 32-yə çatdıran “Neftçi” 1 oyun az keçirən ikinci sıradakı “Sabah”dan 3 xal geri qalır.

Bu görüşdə Ronaldosayağı qolla yadda qalan yarımmüdafiəçi fərqləndiyi topu özünə hədiyyə edib. Yadıgar saxlamaq üçün.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti