SOCAR-dan "Neftçi"yə MÜHÜM JEST – AFFA ilə danışıqlar gedir…

28 Noyabr 2022 13:00 Neftçi 1 192
SOCAR-dan "Neftçi"yə MÜHÜM JEST – AFFA ilə danışıqlar gedir…

SOCAR AFFA-ya yeni təklif irəli sürüb.

Neft şirkətinin bunda məqsədi baş sponsoru olduğu «Neftçi»ni «ev»lə təminat problemini birdəfəlik həll etməkdir.

Təşkilat federasiyanın balansında olan və «ağ-qaralar»ın icarə əsasında xidmətindən yararlandığı «Bakcell Arena»nı satın almaq niyyətindədir.

Hazırda tərəflər danışıqlar davam edir və hansısa qeyri-adi hal yaşanmasa, bu bazarlıq baş tutacaq.

8 ildən artıqdır ev oyunlarını keçirdiyi stadion paytaxt təmsilçisinin büdcəsindən az pul aparmır.

İndiyədək bura üçün milyonlar xərclənib. SOCAR arenanın «Neftçi»nin balansına keçməsi üçün AFFA-nın istədiyi məbləği aşağı salmağa çalışır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti