Kapitan het-trik etdi, post paylaşdı, dostları başına toplaşdı

28 Noyabr 2022 21:20 Neftçi 494
Kapitan het-trik etdi, post paylaşdı, dostları başına toplaşdı

"Neftçi" Premyer Liqanın 15-ci turunu "Səbail" üzərində qələbə ilə başa vurdu - 3:1.

Matça damğasını vuran adam isə "ağ qaralar"ın kapitanı Emin Mahmudov oldu.

Belə ki, "Neftçi"nin vurduğu hər üçün qolun müəllifi o oldu.

Bu, "8 nömrə"nin karyerasındakı ilk het-trik kimi tarixə düşdü.

Qarşılaşmadan sonra Mahmudov bununla bağı "İnstaqram" hesabından paylaşım edərək bu sözləri yazıb: "İlk het-trik... Dəstəyinizə görə çox sağ olun!".

30 yaşlı futbolçunun postuna ilk şərh yazanlar arasında əzəli rəqib olan "Qarabağ"ın üzvü Toral Bayramov da yer alıb. Müdafiəçi millidəki komanda yoldaşının uğuruna "Maşallah" yazaraq reaksiya verib.

Toraldan başqa onu təbrik edənlər arasında komanda yoldaşı İvan Brkiç, "Qəbələ"nin kapitanı Urfan Abbasov, "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev, hazırda "Qəbələ"də çıxış edən sabiq komanda yoldaşı Ramon Maçado, "Sumqayıt"dan ayrılan digər sabiq "Neftçi"li Araz Abdullayev kimi tanınmış simalar da yer alıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti