"O, "Neftçi"nin gələcəyidir - "Qarabağ" bu cür səhvləri bağışlamır": Regekampf dedi

27 Noyabr 2022 18:50 Neftçi 2 097
"O, "Neftçi"nin gələcəyidir - "Qarabağ" bu cür səhvləri bağışlamır": Regekampf dedi

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 15-ci turunun "Səbail"lə (3:1) oyunu haşqda sualları cavablandırıb.

- Üç xal qazandığımıza görə şadam. Oyuna yaxşı başladıq və ilk yarıda diqtə edən tərəf idik. Tempi dəyişib, daha sürətli oynayaraq növbəti qolları vuracağımız epizodlar var idi. Fasilədən sonra ikinci qolu vurduq. Həmin qoldan sonra növbəti 10 dəqiqə çox faciəvi keçdi. Öz qapımızda qol gördük. 10 dəqiqə ərzində heç nə etmədik, heç nə ilə yadda qalmadıq. Beləliklə, rəqibə 2-3 böyük qol şansı verdik. Bunlar baş verməməlidir. Komandamızda kifayət qədər təcrübəli və səviyyəli oyunçular var. Yaxşı ki, bu gün üç xal qazandıq.

- "Neftçi"nin ikinci qolundan sonra nə baş verdi? Bu gün müdafiədəki səhvlərinizi "Səbail" bağışladı. Növbəti turda "Qarabağ" yəqin ki, bağışlamayacaq. Müdafiədəki səhvləri aradan necə qaldıracaqsız?
- Doğrudur, "Qarabağ" bu cür səhvləri bağışlamır. Bizim oyunçular növbəti oyunda belə epizodlarda daha peşəkarcasına davranacaqlar. Onlar bu cür səhvlər etməməlidir. Müdafiədə çətinliklərimiz, problemlərimiz var. Voyislav Stankoviç zədəlidir, Solomon Kvirkveliya, Azər Salahlı millinin düşərgəsindəydi. Mamadu Mboc bir müddət zədəli oldu. Sabahdan "Qarabağ"a qarşı oyunun hazırlıqlarına start verəcəyik. Ümidvaram ki, futbolçularım növbəti matçda daha inamlı və daha yaxşı oynayacaqlar.

- "Qəbələ" ilə oyundan sonra demişdiniz ki, futbolçularınız meydandakı hərəkətsizliyi ilə yaşlı insanlara oxşayır. Bu gün narazı qaldığınız həmin 10 dəqiqəni də "Qəbələ" matçının ilk yarısı ilə bənzətmək olar?
- Oyunlar arasında müqayisə aparmaq istəmirəm. Bu oyunda baş vermiş periodu analiz etməliyik. Əlbəttə ki, hər şey konsentrasiyadan asılıdır. Hesab 2:0 xeyrimizəydi, biz daha inamlı oynamalıydıq. Topu saxlayıb, rəqibi təzyiq altına salmaq lazım idi. Amma həmin 10 dəqiqədə elə oynadıq ki, sanki biz 0:2 uduzuruq. Zədəli oyunçularımız komandaya qoşulurlar. Eddi İsrafilovun vaxta ehtiyacı var. Bu oyunda göründü ki, 100 faiz hazır deyil. Azər Əliyev və Azər Salahlıya da bərpa olunmaları üçün vaxt lazımdır. Kenni Sayef də oynamadı. Yeqor Boqomolski penalti qazandı, zədələndi. Məcburiyyətdən əvəzlədik. Patonun da ayağına zərbə endirildi.

- "Qarabağ"la oyunda nəticə qazanmaq şansınız var?
- Əlbəttə. Hər zaman oyun 0:0 başlayır. Hər iki komandanın eyni şansı olur. Siz də görürsüz ki, futbolda hər şey mümkündür. Oyuna çox yaxşı hazırlaşmalıyıq. Gücümüzə inanmalılıyıq. Əgər oyuna bu cür yanaşsaq, şanslarımız olacaq.

- Ağadadaş Salyanski haqda nə düşünürsünüz?
- Gəncdir, qaçışı, bədən quruluşu, oyuna yanaşmasını çox bəyənirəm. Ağadadaş "Neftçi"nin gələcəyidir. Çalışıram ki, əvəzedici heyətdən əsas komandaya oyunçular cəlb edim. Daha uyğun gördüklərimə isə şans verirəm. Belə olan halda, onların özlərinə inamı artır. Ağadadaş da öz üzərində daha çox işləməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 02:40 Premyer Liqada 100...