"Neftçi" nigeriyalı Peter Olukanı baxışa dəvət edib.
Bu barədə ilk olaraq "sports247" saytı xəbər verib ki, Bakı təmsilçisi "36 Lion" klubunda çıxış edən futbolçuya təklif göndərib.
Nigeriyalı "Neftçi"də baxışdan keçmək üçün artıq Bakıdadır.
Baxışdan necə keçəcəyini hələ zaman göstərəcək.
Amma əcnəbi oyunçunun ilk görünüşü sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
Əksəriyyət nigeriyalının 22 yaşında olmasına inanmadığını bildirib.
Milli komandamızın veteran müdafiəçisi Saşa Yunisoğlu isə yazdığı şərhdə şok iddia səsləndirib.
O, "rahat 45 yaşı var bunun" - deyə öz fikrini irəli sürüb.
Təbii ki, futbolçu ilə bağlı belə ehtimalların yaranması səbəbsiz deyil.
Zaman-zaman afrikalı oyunçuların yaşlarını azaltmasına təcrübədə şahid olmuşuq. Ümid edək ki, "Neftçi"nin yenisi sınaqdan üzüağ çıxacaq və meydanda özünü əsl 22 yaşlı gənc kimi apara biləcək.
XANOĞLAN / SPORTİNFO.AZ