"Neftçi": Bakıya gələn legioner kimdən və niyə gizlədilir?

26 Noyabr 2022 10:40 Neftçi 1 169
"Neftçi": Bakıya gələn legioner kimdən və niyə gizlədilir?

"Neftçi" nigeriyalı yarımmüdafiəçi Peter Olukanı baxışa dəvət olunması ilə bağlı açıqlama yayıb.

Paytaxt təmsilçisi rəsmi "yutub" kanalında məlumatı təkzib edib. Qeyd olunub ki, "Neftçi" yoxlanışa heç bir futbolçu dəvət etməyib.

Bildirilib ki, Peter Oluka Yusuf Lavalın qohumudur və o, Bakıya babası ilə birlikdə yarımmüdafiəçini görməyə gəlib.

Nigeriyanın "sports247" nəşri isə "Neftçi"nin Peter Olukanı baxışa dəvət etməsi ilə bağlı xəbər tirajlayıb. Bakılılar ölkəsində “36 Lion”un formasını geyinən 22 yaşlı afrikalını bu yaxınlarda keçirilən “Caqaban kuboku” turnirində bəyənib.

“Mobolaji Conson Arena”da 4 gün çəkən turnirin ən yaxşı yarımmüdafiəçi seçilən Oluka daha sonra “Neftçi”yə baxışa çağırılıb.

Əsl mövqeyi dayaq yarımmüdafiəçisi olan, orta sahədə və müdafiənin sol cinahında da oynamağı bacaran Peter ölkəsində yüksək texnikaya, ötürmə qabiliyyətinə və topla sürətli davranışına görə perspektivli gənclərdən sayılır.

Nigeriyalılar “Neftçi”nin məşqçilər korpusunun onu çıxışına heyran qalacağını düşünür. Ötən il iki ay Moldovada - “Kodru”da çıxış edən Oluka, bizdəki məlumata görə, bu gün “ağ-qaralar”ın düşərgəsində olacaq.

O, minimum 2 həftə burada qalacaq və komandayla məşqlərə də çıxacaq. Bəyəniləcəyi təqdirdə, onunla uzunmüddətli (4 illik) müqavilə imzalanması nəzərdə tutulub.

Olukanın gəlişində Yusuf Lavalın müstəsna rol oynamasını qeyd etməliyik. Məhz sözügedən vinger qohumu barədə bakılı rəsmilərə ilkin məlumatı verib və onu diqqət mərkəzində saxlamağı tövsiyə edib.

Məlumatın "Neftçi"nin internet kanalında təkzib olunması da səbəbsiz deyil. rəsmilər anlayır ki, azarkeşlərin onlardan tanınmış legioner transferi gözlədiyi bir dönəmdə Azərbaycanda heç kimin tanımadığı nigeriyalı gəncin bura çağırılması birmənalı qarşılanmayacaq.

Prosesin səssiz aparılmasına çalışıblar, amma Nigeriya pressasının bundan xəbər tutması işləri korlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti