COP29

“Neftçi” “Lion”un yarımmüdafiəçisi ilə 4 illik müqavilə bağlayacaq – BƏYƏNİLSƏ…

25 Noyabr 2022 19:00 Neftçi 1 884
“Neftçi” “Lion”un yarımmüdafiəçisi ilə 4 illik müqavilə bağlayacaq – BƏYƏNİLSƏ…

Peter Oluka karyerasını Azərbaycanda davam etdirə bilər.

Nigeriyada “36 Lion”un formasını geyinən 22 yaşlı futbolçu “Neftçi”dən təklif alıb.

Bakılılar onu bu yaxınlarda keçirilən “Caqaban kuboku” turnirində bəyənib.

“Mobolaji Conson Arena”da 4 gün çəkən turnirin ən yaxşı yarımmüdafiəçi seçilən Oluka “Neftçi”yə baxışa dəvət edilib.

Əsl mövqeyi dayaq yarımmüdafiəçisi olan, orta sahədə və müdafiənin sol cinahında da oynamağı bacaran Peter Oluka ölkəsində yüksək texnikaya, ötürmə qabiliyyətinə və topla sürətli davranışına görə perspektivli gənclərdən sayılır.

Nigeriyalılar “Neftçi”nin məşqçilər korpusunun onu çıxışına heyran qalacağını düşünür. Peter Oluka ötən il iki ay Moldovanın “Kodru” klubunda çıxış edib.

O, sabah “ağ-qaralar”ın düşərgəsində olacaq. Sportinfo.az-a verilən məlumata görə, Oluka minimum 2 həftə burada qalacaq və komandayla məşqlərə də çıxacaq.

Bəyəniləcəyi təqdirdə, onunla uzunmüddətli (4 illik) müqavilə imzalanması nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!