"Neftçi"də Regeylə problem yaşayan müdafiəçi "Dinamo"ya keçir?

25 Noyabr 2022 13:00 Neftçi 1 322
"Neftçi"də Regeylə problem yaşayan müdafiəçi "Dinamo"ya keçir?

"Neftçi"nin müdafiəçisi Solomon Kverkveliya yeni təklif alıb.

Yayda bakılılarla ikiillik müqavilə imzalayan gürcüstanlı legionerin qış fasiləsində buradan ayrılması gündəmə gəlib.

Tbilisi «Dinamo»su onun xidmətində maraqlıdır.

Onun bunadək son klubu "Qaqra" olub. Daha əvvəl Rusiyada "Zenit", "Rubin", "Lokomotiv" (Moskva), "Rotor", həmçinin, Ukraynada "Metalist" kimi komandaların formasını geyinib.

Gürcüstan yığmasının üzvü Lorentsiu Regekampfla yola getmir. İyuldan ölkəmizdə çıxış edən müdafiəçi ötən müddət ərzində dəfələrlə baş məşqçi ilə toqquşub.

Rumıniyalı sükançının taktiki, həmçinin heyət seçimlərinə etiraz bildirən Solomon artıq əsas heyət üzvü sayılmır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu