"Neftçi"yə keçidi haqda nə dedi? - "Partizan"ın yarımmüdafiəçisi

24 Noyabr 2022 13:40 Neftçi 2 622
"Neftçi"yə keçidi haqda nə dedi? - "Partizan"ın yarımmüdafiəçisi

"Partizan"ın formasını geyinən Patrik Andradenin Azərbaycana qayıda biləcəyi haqda xəbərlər yayılıb.

Sportinfo.az xəbər verir ki, yayda "Qarabağ"dan ayrılaraq Serbiyaya yollanan və Belqrad klubu ilə müqavilə imzalayan yarımmüdafiəçi sportal.az-a bununla bağlı açıqlama verib.

Mətbuatda adı "Neftçi" və "Zirə" ilə hallanan 29 yaşlı futbolçu məsələ haqda bunları söyləyib:

"Neftçi" və "Zirə"dən təklif? Bu barədə heç bir məlumatım yoxdur. Hazırda “Partizan”da oynayıram və fikrimi bu klubdakı çıxışıma yönəltmişəm”.

Kabo-verdeli 2020-2022-ci illərdə "Qarabağ"da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti