
Bu ilin yanvarında "Neftçi"ni "Esperans"a dəyişən Sabir Buqrin Azərbaycana qayıtmaq təklifini geri çevirib.
Tunis təmsilçisi ilə 3,5 illik müqavilə bağlamış yarımmüdafiəçi menecerlərin bura dönüşlə bağlı irəli sürdüyü variantı qəbul eləməyib.
Mərakeşli legioner hələlik adı gizli saxlanılan Premyer Liqa klubunun 500 min dollarlıq təklifinə «yox» deyib. 26 yaşlı orta sahə oyunçusu hazırda bu qədər pulu Tunisdə qazandığını əsas gətirib.
Yada salaq ki, FIFA iyunda "Esperans"a transfer qadağası qoymuşdu. Buna tunislilərin Buqrin üçün "Neftçi"yə ödəniş etməməsi səbəb olub.
Qərara əsasən, "Esperans" növbəti 3 transfer pəncərəsində heyətinə yeni futbolçu qatmamalı idi. Klub 827 min manat məbləğində təzminatı ödədikdən sonra qadağa aradan götürülə bilər.
"Esperans" yalnız avqustun son ongünlüyündə "Neftçi"yə olan borcunu ödəyib və bundan sonra FIFA transfer qadağasını götürüb.
SPORTİNFO.AZ