Sabiq "Neftçi"li müdafiəçi PSJ-yə qarşı oynayacaq

24 Noyabr 2022 02:30 Neftçi 939
Sabiq "Neftçi"li müdafiəçi PSJ-yə qarşı oynayacaq

Fransa kubokunun 1/32 final mərhələsinin cütlükləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, turnirin iddialılarından olan "Monako” Liqa 2 təmsilçisi “Rodez”lə, PSJ isə "Neftçi"nin sabiq müdafiəçisi Roman Baskın formasını geyindiyi üçüncü liqada çıxış edən "Şatoru" ilə qarşılaşacaq.

Bu mərhələdə "Lion"un rəqibi də aşağı liqada çıxış edən "Mets"dir.

Fransa kubokunun 1/32 final mərhələsinin oyunlari 2023-cü ilin yanvarında baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!