Bu suala cavab verdi - “Neftçi”də inkişaf və ya eniş varmı?

23 Noyabr 20:40 Neftçi 341
Bu suala cavab verdi - “Neftçi”də inkişaf və ya eniş varmı?

“Ümumi götürsək, komandamızın yaxşı təsir bağışladığını deməliyəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin müdafiəçisi Azər Salahlı deyib.

O, uzun müddət idi meydandan uzaq düşmüşdü. Avqustda “Rapid”lə keçirilən Konfrans Liqasının ikinci matçında dizindən ağır zədə alan arxa xətt oyunçusu əməliyyata məruz qaldı.

Azər “qoyub getdiyin komanda ilə indiki arasında hansısa inkişaf və ya eniş varmı” sualını bu cür cavablandırıb:

“Zədələndiyim oyun avrokuboklarda "Rapid"lə oyunda olmuşdu. Premyer Liqada isə debüt oyunum "Zirə"yə qarşı oldu.

Avrokubok oyunu ilə çempionat matçı arasında isə böyük fərq var. Ona görə də bu barədə nəsə deyə bilməyəcəm.

“Qarabağ” kimi güclü rəqiblə qarşılaşmada “Neftçi” inamlı göründü. Xüsusən də birinci hissədə.

Topa nəzarət etdik, qol vurduq. Təəssüf ki, eyni tempi sona qədər saxlaya bilməyib, yekunda məğlub olduq”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 03:00 "Sabah"la bacarmadılar