Daha "Neftçi"yə lazım deyil – Bu ölkənin millisinin hücumçusu

23 Noyabr 2022 13:00 Neftçi 1 453
Daha "Neftçi"yə lazım deyil – Bu ölkənin millisinin hücumçusu

"Neftçi" Sezar Meza Kollidən sonra daha bir legionerlə yollarını ayırmağa hazırlaşır.

Sportinfo.az bu barədə paytaxt təmsilçisindən məlumat əldə edib.

Belə ki, bakılılar avqustda rənglərinə bağladığı Vato Arveladzenin müqaviləsinə xitam vermək niyyətindədir. Gürcüstan millisinin hücumçusu ilə 1+1 illik müqavilə imzalamış «ağ-qaralar» ondan narazıdır.

Zədə aldığı üçün sezonun ilk yarısını boşa verən 24 yaşlı forvardın özünü göstərə biləcəyinə inam qalmadığından, rəsmilər əlavə vaxt itirmək niyyətində deyil.

Arveladze daha əvvəl ölkəsinin "Sasko", "Lokomotiv" (Tbilisi), Türkiyənin "Kasımpaşa", "Fatih Karagümrük" və Polşanın "Korona" klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər