"Neftçi" üçün davam edən mövsüm heç də ürəkaçan deyil.
Komandanın mövsümün əvvəli "Qarabağ"la çempionluq üçün mübarizə aparacağı gözlənildiyi halda, arxada qalan 14 tur tam başqa mənzərəyə şahid olmaqdayıq.
Belə ki, "Ağ qaralar" nəinki "Qarabağ", hətta "Sabah"dan belə geri qaldığı açıq-aşkar sezilir. Bu, yalnız turnir cədvəlində yox, həm də ortaya qoyulan oyun potensialında da özünü göstərir.
Belədə klub rəhbərliyi məntiqli olaraq qış fasiləsində yeni əcnəbilərlə heyəti gücləndirəcəyi sirr deyil.
Artıq bu istiqamətdə bəzi futbolçularla danışıqların aparılması barədə bizdə dəqiqə məlumatlar var.
Paytaxt klubunun maraq göstərdiyi oyunçular arasında "Qarabağ"dan tanıdığımız Patrik Andradenin olması barədə də mətbuatda məlumatlar görməkdəyik.
Amma klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Sprortinfo.az-a açıqlamasında hazırda "Partizan"da çıxış edən futbolçu ilə bağlı yayılan informasıyanı təsdiqləməyib: "Hazırda Patriklə bağlı bizdə belə bir məsələ yoxdur".
XANOĞLAN

