«Netfçi» Sezar Meza Kolliyə müqaviləyə vaxtından əvvəl xitam verməklə bağlı növbəti dəfə təklif irəli sürüb.
Paytaxt klubunun rəhbərliyi kontraktı gələn ilin yayında başa çatacaq paraqvaylı legionerlə qış fasiləsində yolları ayırmaq niyyətində israrlı olmasını bununla nümayiş etdirib.
İyulda Türkiyədə keçirilən təlim-məşq toplanışının gedişində ayağından ağır zədə alan və cərrahi əməliyyatdan sonra hələ də reablitasiya kursu keçən yarımmüdafiəçi, böyük ehtimalla, buradan ayrılmağa razılaşacaq.
Çünki «ağ-qaralar» ona müəyyən məbləğdə təzminat ödəməyə hazırdır.
SPORTİNFO.AZ

