"Neftçi"nin baş məşqçisi çempionluğa NAMİZƏDİNİ AÇIQLADI

21 Noyabr 2022 14:40 Neftçi 1 687
"Neftçi"nin baş məşqçisi çempionluğa NAMİZƏDİNİ AÇIQLADI

Qətərdə təşkil olunan dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.

Günün ilk matçı B qrupunda İngiltərə və İran arasında olacaq.

Dohadakı "Xəlifə" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

A qrupunun ikinci matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. "Al-Tumama" arenasındakı oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub.

Nəhayət günün son matçında ABŞ seçməsi Uelslə üz-üzə gələcək. "Əhməd ibn Əli" stadionunda keçiriləcək görüşün Bakı vaxtı ilə başlama saatı 23:00-dır.

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regakampf mundialla bağlı Sportinfo.az-a açıqlama verib.

Bu ilin iyunundan ölkəmizdə çalışan rumıniyalı mütəxəssis bildirib ki, o, Almaniya millisinə azarkeşlik edəcək: "Mən bu komandanın çempion olacağına inanıram".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti