"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekamf klubun televiziyasına milli komandanı toplanşı zamanı düşərgədəki son durum barədə açıqlama verib.
Rumıniyalı mütəxəssis "Səbail"lə oyunöncəsi bəzi problemlərdən söz açıb:
"Səbail"lə matçın hazırlığının çox da yaxşı getdiyini deməzdim. Çünki Stankoviç, Mbodj zədəlidir, Azər Əliyevlə Eddi İsrafilovun durumu hələ istidiyimiz səviyyədə deyil. Milli komandaların heyətində olan oyunçularımız da var. Necə olacağını bilmək üçün həftəsonunu gözləməliyik".
Təcrübəli çalışdırıcının fikirləri fanatlar tərəfdən birmənalı qarşılanmayıb. "Ağ qaralar"ın tərəfdarları baş məşqçinin güclü olmayan rəqiblə oyundan öncə belə açıqlamanın verilməsini yersiz hesab ediblər:
"Səbail"lə oyuna heç hazırlaşmaq lazım deyil. "Neftçi-2" ilə onları udmaq olar. Gör, nəyin dərdin çəkirik".
"Sən onda kimə lazımsan?".
"Bu boyda pul alırsan. Elə ondansa Rəşad Abdullayevi gətirək də. Hər oyun dəsmal götürüb bayquşluq edin. Bir dəfə də ürəklə deyin ki, udacağıq".
"Yeganə məşqçi Böyükağa Hacıyevi gördüm ki, heç nədən qorxmurdu. Məşqçi mızıldandısa heç nə...".
"Regekampfı dəstəkləyirəm, amma nədənsə bura gələndən bir müddət sonra hamı behanələrə qaçır. Bilmirəm, klubdakıların suyundandır, havasındadır, nədəndir".
"Daha "Səbail"in də dərdin çəkəcəyiksə...".
"Sabah" və "Qarabağ"dan başqa oyunlarda heyətdən şikayətlənmək yersizdir. Digər komandaların səviyyəsi çox aşağıdır. "Neftçi"də heyətə düşməyən oyunçular orda aparıcı oyunçu olur".
XANOĞLAN / SPORTİNFO.AZ

