"Neftçi"nin problemli ismi: "Şans versə, kömək etməyə hazıram"

20 Noyabr 2022 00:50 Neftçi 956
"Neftçi"nin problemli ismi: "Şans versə, kömək etməyə hazıram"

"Bəzi matçlarda vacib xallar itirdik. Bunu istəməzdik.

Ümumi götürsək, oynamadığım dönəmdə komandamın performasını yaxşı dəyərləndirirəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Eddi İsrafilov komandasının Azərbaycan Premyer Liqasındakı çıxışı barədə danışarkən deyib.

Zədəsini sağaldan 30 yaşlı yarımmüdafiəçi hazırda özünü yaxşı hiss etdiyini bildirib:

"Məşqlərdə iştirakı səbirsizliklə gözləyirdim. Artıq komanda ilə birlikdəyəm. Baş məşqçi şans versə, kömək etməyə hazıram".

İsrafilov XV turda "Səbail"lə görüşün asan olmayacağını söyləyib:

"Rəqib yaxşı heyətə malikdir. Amma bizim adımız "Neftçi"dir və qarşıdakı matçda qələbə qazanmağa çalışacağıq".

Noyabrın 27-də keçiriləcək "Neftçi" - "Səbail" görüşü saat 16:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?