Nigeriyalı hücumçu “Neftçi“nin təklifini niyə qəbul etməyib?

19 Noyabr 2022 13:00 Neftçi 2 207
Nigeriyalı hücumçu “Neftçi“nin təklifini niyə qəbul etməyib?

İyulda “Sabah”la müqavilə bağlayan Emmanuel Apeh “Neftçi“nin təklifini geri çevirib.

“Ağ-qaralar“daha sərfəli şərtlər irəli sürsə də, nigeriyalı hücumçu Masazır təmsilçisi ilə 2 illik kontrakta qol çəkib.

Afrikalı legionerin “Neftçi“nin dəvətini qəbul etməməsinin səbəbi maraqlıdır - paytaxt komandası onunla danışıqları uzadıb, daha sonra yalnız birillik anlaşmaya imza atmasını istəyib.

25 yaşlı forvard isə onun transferinə israr edən Murad Musayevə görə “Sabah“ın yolunu tutub.

Nigeriyalı karyerası ərzində yalnız İspaniya klublarının formasını geyinib. “Lorka” (2016-2018), “Selta-2”, “Selta” (Viqo, 2018-2020), “Tenerife” (2020-2022) və “Alkorkon”da (2021/22) oynayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?